Azərbaycanda koronavirusa yoluxanların 94 faizə yaxını sağaldı

Azərbaycanda koronavirusa yoluxanların 94 faizə yaxını sağaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 101 nəfər yoluxma, 137 sağalma faktı qeydə alınıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 787 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1 812 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 705, bu günə qədər isə ümumilikdə 1 087 578 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.98 faizi sağalıb. Yoluxanlardan 4.55 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  39 787 nəfərin 1.47 faizi ( 583 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR