Azərbaycanda koronavirusa yoluxanların 93.17 faizi sağalıb

Azərbaycanda koronavirusa yoluxanların 93.17 faizi sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, 2 040 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 108, bu günə qədər isə ümumilikdə 995 376 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.17 faizi sağalıb. Yoluxanlardan 5.36 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  38 037 nəfərin 1.47 faizi (557 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR