Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, aktiv xəstə sayı 1 998 nəfərdir.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 92.98 faizi sağalıb. Yoluxanlardan 5.55 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 35 844 nəfərin 1.46 faizi (527 nəfər) dünyasını dəyişib.