Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada koronavirusdan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, 1 748 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 557, bu günə qədər isə ümumilikdə 868 345 test icra olunub.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.55 faizi sağalıb. Yoluxanlardan 4.98 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 35105 nəfərin 1.47 faizi (515 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.