Azərbaycanda koronavirusa yoluxan 34 343 nəfərin 5.22 faizi aktiv xəstədir

Azərbaycanda koronavirusa yoluxan 34 343 nəfərin 5.22 faizi aktiv xəstədir

Azərbaycanda koronavirus infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, 1 793 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, bu günə qədər isə ümumilikdə 836 908 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.3 faizi sağalıb. Yoluxanlardan 5.22 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  34 343 nəfərin 1.48 faizi (508 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.

Xəbəri paylaş

VİDEOLAR