Azərbaycanda koronavirusa daha 534 yoluxma qeydə alınıb, 304 nəfər sağalıb

Azərbaycanda koronavirusa daha 534 yoluxma qeydə alınıb, 304 nəfər sağalıb

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7 200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 106, ötən müddət ərzində isə ümumilikdə 468 967 test aparılıb.

Xəbəri paylaş

VİDEOLAR