Azərbaycanda gün ərzində 86 minə yaxın vaksin vurulub

Azərbaycanda gün ərzində 86 minə yaxın vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85889 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44063 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 597 108, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 256 816 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 340 292 təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR