Azərbaycanda güclü zəlzələ olub.
Az.rasthaber.com xəbər verir ki, Azərbaycanda yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5.7 bal gücündə, 20 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Bu barədə Azərbaycanın Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bəzi mərkəzlər zəlzələnin 5.5, 5.3 bal gücündə olduğu, Xaçmaz və ora yaxın ərazilərdə, həmçinin Bakı və Abşeronun bəzi ərazilərində hiss edildiyini bildirir. FHN ilkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq dağıntı və təlafat barədə məlumat daxil olmadığını yayıb.