Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 453 nəfər sağaldı

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 453 nəfər sağaldı

Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 21374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7102, ötən müddət ərzində isə ümumilikdə 529 875 test aparılıb.
 

 

 

 

Xəbəri paylaş

VİDEOLAR