Azərbaycanda bu şəxslər Həcc ziyarətinə gedə bilməyəcək

Azərbaycanda bu şəxslər Həcc ziyarətinə gedə bilməyəcək

Bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər gedə bilməyəcəklər.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

O əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu il xarici ölkə vətəndaşları Azərbaycandan Həcc ziyarətinə gedə bilməyəcək: “Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq.

Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək”, - deyə Fuad Nurullayev bildirib.

Qeyd edək ki, bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib. 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar bu ziyarətə gedən olmayıb.

Xəbəri paylaş

VİDEOLAR