Azərbaycanda bu gün koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber Azərbaycan-a verilən məlumata görə, son sutkada 12 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 991 nəfər müalicə olunaraq sağalıb, 4 851 nəfər vəfat edib, aktiv xəstə sayı 7 393 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 841, ötən müddət ərzində isə ümumilikdə 3 446 033 test aparılıb.