Bazar günü Azərbaycanda koronavirus infeksiyasına 2993 yeni yoluxma faktı qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib.
Ötən gün yeni yoluxmaların sayı 3508 olub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 15-də bildirilib ki, indiyədək ölkədə ümumilikdə 368002 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.
Onlardan 338 min 925 nəfər müalicə olunaraq sağalıb, 5153 nəfər vəfat edib.
Hazırda müalicə olunan xəstələrin sayı 23924 nəfərdir.