Azərbaycanda bir gündə 242 nəfər koronavirusa yoluxub, 392 nəfər sağalıb

Azərbaycanda bir gündə 242 nəfər koronavirusa yoluxub, 392 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 242 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.rasthaber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 198 nəfər müalicə olunaraq sağalıb, 4 896 nəfər vəfat edib, aktiv xəstə sayı 5 465 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 254, ötən müddət ərzində isə ümumilikdə 3 496 635 test aparılıb.

Xəbəri paylaş

VİDEOLAR