Çərşənbə günündən Azərbaycanda "Aİ-95" ("Premium") markalı benzin bahalaşıb.
Rasthaber Azərbaycan xəbər verir ki, çərşənbə günündən Azərbaycanda "Aİ-95" ("Premium") markalı benzin bahalaşıb.
Azırbaycan Dövlət Neft Şirkətindən BBC News Azərbaycancaya verilən məlumata görə, benzinin qiyməti 10 qəpik bahalaşıb və 1 manat 20 qəpik olub .
Qurumun sözçüsü İbrahim Əhmədov deyir ki, "Aİ-95" markalı benzin idxal edilir deye dövlət onun qiymətini tənzimləyə bilmir.
O deyir ki, neftin qiyməti ucuzlaşanda benzin də ucuzlaşmışdı və buna görə bir müddət əvvəl "Aİ-95" markalı benzin 10 qəpik ucuzlaşmışdı.
"İndi isə neftin qiymətində artım var," - deyə İbrahim Əhmədov əlavə edib ki, bu markalı benzin Azərbaycana Rumınyadan gətirilib.