Azərbaycanda 41 yeni koronavirus xəstəsi aşkarlandı

Azərbaycanda 41 yeni koronavirus xəstəsi aşkarlandı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bu haqda bildirilir

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycan Respublikasında 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

 Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbəri paylaş

VİDEOLAR