Azərbaycanda 3 milyon 700 minə yaxın vaksin vurulub

Azərbaycanda 3 milyon 700 minə yaxın vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 73621 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39629 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 670 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 290 808 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 379 921 təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR