Azərbaycana payız fəsli daxil olub.
Az.rasthaber.com xəbər verir ki, Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib.
Bununla da Şimal yarım kürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.
Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşür və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olur.
Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.