Türkiyənin Elazığ və Malatya vilayətlərində baş verən zəlzələ nəticəsində ölən və yaralanlar arasında xarici ölkə vətəndaşlarının olması haqda məlumat daxil olmayıb.
Türkiyənin Elazığ və Malatya vilayətlərində baş verən zəlzələ nəticəsində ölən və yaralanlar arasında xarici ölkə vətəndaşlarının olması haqda məlumat daxil olmayıb.
Bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən (AFAD) məlumat verilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya bildirilib ki, təbii fəlakətlə əlaqədar (00905526792565) “Qaynar xətt” yaradılıb. “Qaynar xətt”ə indiyədək zəlzələdən zərər çəkən Azərbaycan vətəndaşları ilə bağlı heç bir məlumat daxil olmayıb.