Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərifə başsağlığı verib

Rasthaber Azərbbaycan xəbər verir ki, bu gün, 4 yanvar tarixində Azərbaycan  Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif ilə telefon söhbəti baş tutub.

Bu haqda nazirliyin mətbuat xidmətinin məlumatında qeyd edilir.

Telefon danışığı zamanı Nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Müzakirə zamanı Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır.

Elmar Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı verib.

Xəbəri paylaş

VİDEOLAR