Xarici işlər naziri Ceyhun Bayramov 2024-cü ildə ABŞ-nin Ermənistana birtərəfli dəstək faktlarını Azərbaycanın gördüyünü bildirib.
Az.rasthaber.com xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O, ABŞ-nin Ermənistana dəstəyi barədə bəhs edərək iki ölkə arasındakı münasibətləri şərh etmək istəmədiyini vurğulayıb.
"Amma 2024-cü ildə biz Ermənistana birtərəfli dəstək faktları gördük. Özlərini vasitəçi kimi təqdim edən tərəflərin qərəzli yanaşması qəbuledilməzdir. ABŞ-nin Demokratlar administrasiyasının davranışında biz bunları müşahidə etmişik", - nazir qeyd edib.