Azərbaycan XİN başçısı: 12 iyul döyüşlərində Türkiyədən böyük dəstək gördük

Azərbaycan XİN başçısı: 12 iyul döyüşlərində Türkiyədən böyük dəstək gördük

, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilk xarici səfərini Türkiyəyə edib

Rasthaber xəbər verir ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

“Qardaş Türkiyə, hər zaman Azərbaycanın Beynəlxalq hüquqa əsaslanan mövqeyini qəti şəkildə dəstəkləyib və dəstəkləməkdədir. Ən son bu dəstəyin 12 iyul tarixində, Azərbaycan Ermənistan sərhədində, Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribat həyata keçirən zaman şahidi olduq. Buna görə də mən fürsətdən istifadə edərək, həm öz adımdan, həm Azərbaycan Dövləti və xalqı adından öz dərin təşəkkürümü bildirirəm.”

Xəbəri paylaş

VİDEOLAR