Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb.