Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, 27 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Söhbət əsnasında Azərbaycan-Ermənistan dövlət sərhədindəki yeni gərginliklərin də müzakirə olunduğu istisna edilmir.