İranın paytaxtı Tehranda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla görüşüb.
Az.rasthaber.com “Mehr”ə istinadən xəbər verir ki, Hüseyn Əmir-Abdullahian C.Bayramovu XİN binasının önündə qarşılayıb.
Qarşılanma mərasimindən sonra Əmir Abdullahiyan Ceyhun Bayramovla ikitərəfli görüş keçirib.
Qeyd edək ki, Ceyhun Bayramovun İrana səfəri çərçivəsində Seyid İbrahim Rəisi ilə də görüşü gözlənilir.