Azərbaycan və Ermənistanın basketbol yığmaları eyni qrupa düşüblər

Azərbaycan və Ermənistanın basketbol yığmaları eyni qrupa düşüblər

Bu, Almaniyada keçirilən püşkatmadan sonra bəlli olub.

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan və Ermənistan milli komandaları 2020-ci ildə keçiriləcək kiçik dövlətlərin Avropa çempinonatında eyni qrupda çıxış edəcəklər.

“Report” Beynəlxalq Basketbol Federasiyasına istinadən xəbər verir ki, bu, Almaniyada keçirilən püşkatmadan sonra bəlli olub. 

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandıya ilə Andorra yığmaları da mübarizə aparacaq.

Kiçik dövlətlərin Avropa çempinonatı 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək. 

Xəbəri paylaş

VİDEOLAR