Azərbaycan və Ermənistan XİN rəhbərləri Cenevrədə görüşəcəklər

Azərbaycan və Ermənistan XİN rəhbərləri Cenevrədə görüşəcəklər

Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan yanvarın 30-da Cenevrədə görüşəcək

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan yanvarın 30-da Cenevrədə görüşəcəklər. Bu barədə Turan-a Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva məlumat verib.

“Yanvarın 29 və 30-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə və onların iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşlər keçiriləcək”, -  deyib.

Öz növbəsində Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan ölkə KİV-ə bildirib ki, yanvarın 29-30-da Cenevrədə “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair geniş məsələlər müzakirə olunacaq”.

Xəbəri paylaş

VİDEOLAR