Azərbaycan və Ermənistan baş nazir müavinləri Moskvada görüşəcəklər

Azərbaycan və Ermənistan baş nazir müavinləri Moskvada görüşəcəklər

Məlumatı nəşrə Rusiya və Ermənistan hökumətlərindən olan mənbələr təsdiqləyiblər.

Sabah Moskvada Rusiya, Ermənistan və Azərbaycanın Baş nazirlərinin müavinləri görüş keçirəcək.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, məlumatı  "RBK" yayıb.

Qeyd edilir ki, nazir müavinləri  Cənubi Qafqazda nəqliyyat yollarının tikintisini müzakirə edəcək.

Məlumatı nəşrə Rusiya və Ermənistan hökumətlərindən olan mənbələr təsdiqləyiblər.

Belə ki, Rusiya tərəfindən danışıqlarda Aleksey Overçuk, Ermənistan tərəfindən Mqer Qriqoryan, Azərbaycan tərəfindən isə Şahin Mustafayev iştirak edəcək.

"RBK" Overçukun nümayəndəsi, Ermənistan və Azərbaycan hökumətlərinə sorğu göndərib. Rusiya Dəmir Yollarının rəsmisi məlumatı şərh etməkdən imtina edib.

Xəbəri paylaş

VİDEOLAR