Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 3 qızıl medal qazanıb

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 3 qızıl medal qazanıb

Cümə günü Azərbaycanın paralimpiya təmsilçiləri iki idman növü üzrə üç qızıl medal qazanıblar

 Para-cüdoçusu Şəhanə Hacıyeva və Vüqar Şirinli cüdo üzrə, üzgüçülük idman növü üzrə isə Raman Saleh 100 metrə arxası üstə üzmədə Azərbaycana qızıl medal qazandırıblar.

Azərbaycan komandasına digər medalı Pərvin Məmmədov qazandırıb. Pauerliftinqçi Pərvin Məmmədova 49 kq-da mübarizə aparıb və bürünc medala sahib olub.

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə, Şəhanə Hacıyeva qadınlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparıb və finalda Fransa təmsilçisi Sandrine Martinet-i məğlub edib.

21 yaşlı Şəhanə Hacıyeva Azərbaycanın qadınlardan ibarət cüdo komandasının idmançısıdır.

60 kiloqram çəki dərəcəsində yarışan Vüqar Şirinli finalda qazaxıstanlı Anuar Sarıyevi məğlub edərək qızıl medal qazanıb.

27 yaşlı Raman Saley üzgüçüluk idman növü üzrə 2016-cı il Rio de Janeyro Yay Paralimpiya Oyunlarında bürünc medalçısıdır.

Çərşənbə axşamı günü Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Pandemiyaya görə fövqəladə vəziyyət şəraitinda olan Yaponiyanın paytaxtı Tokioda çərşənbə axşamı Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

İyulda Yay Olimpiya Oyunlarının açılışında olduğu kimi, bu dəfəki mərasimdə də tribunalarda tamaşaçı olmayıb.Paralimpiya Oyunlarının açılışı ilə əlaqədar Tokio Olimpiya Stadionunun üzərində sərgilənmiş atəşfəşanlıq şəhərin bütün istiqamətlərindən görünüb.Paralimpiya Oyunlarının açılışı mərasimində milli komandalarının keçirdiyi paradda 22 idman növündə yarışacaq beş minə yaxın idmançı iştirak edib.

Tokioda keçiriləcək Paralimpiya yarışlarında Azərbaycanı 35 idmançı təmsil edir.

Azərbaycan idmançıları 6 idman növündə 46 proqramda mübarizə aparırlar, Azərbaycan Milli Paralimpiya Komitəsi açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR