Az.Rasthaber.com xəbər verir ki, İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü olub.
Görüşdən əvvəl Pakistan İslam Respublikasının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan nümayəndə heyətinin üzvləri Pakistanın Baş nazirinə, Pakistan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.