Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

İlham Əliyev deyib: “Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.”

Az.rasthaber.com xəbər verir ki, Azərbaycan Prezidenti İran Prezidenti Pezeşkiyana müraciətində deyib: Təbəs şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca sarsıtdı.  

 

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Xəbəri paylaş

VİDEOLAR