Parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək
Rasthaber Azərbaycan xəbər verir ki, MSK-nın açıqlamasına görə, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.
“Sabah keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir”, - bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Deputatlığa namizədlərin 79 faizi kişilər, 21 faizi qadınlardır.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib.
Parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək.
Seçkilərdə Milli Məclisə 125 deputat seçiləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq