Ermənistan ordusunun hücumlarına cavab zərbələri – Tovuz rayonu istiqamətində döyüş zamanı şəhid olanlar dəfn olunur.
Bu gün şəhidlər – General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunublar.
Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və daha 6 hərbçisi dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!