22.09.2022 10:11:43
Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu məlumatları qəti surətdə təkzib edirik.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırıb.