Azərbaycan nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti 7%-dən çox bahalaşdı

Dünya bazarına çıxarılan Azərbaycan neftinin qiymətində artım baş verib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,99 ABŞ dolları, yaxud 7,49% artıb.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,93 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR