Saziş çərçivəsində Bakı koronavirusla qlobal səviyyədə mübarizə üçün $5 milyon ayırır.
Cenevrədə Azərbaycan hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi imzalanıb. Saziş çərçivəsində Bakı koronavirusla qlobal səviyyədə mübarizə üçün $5 milyon ayırır.
“Vəsait ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində ayrılacaq və Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə ediləcək”, - deyə rəsmi KİV-in məlumatında bildirilir.
Qoşulmama Hərəkatının sədri kimi prezident İlham Əliyev onun təşəbbüsü ilə cari ilin mayın 4-də keçirilmiş Hərəkatın COVID-19 virusu ilə mübarizəyə həsr olunmuş Zirvə görüşündə koronavirusdan zərər çəkmiş ölkələrə dəstək məqsədilə Azərbaycan Hökuməti tərəfindən əlavə $5 milyon məbləğində vəsaitin ayrılmasının nəzərdə tutulduğunu bəyan edib.
Xatırladaq ki, Azərbaycan cari lin mart ayında da koronavirusla mübarizə üçün ÜST-ə $5 milyon ayırıb.
İnterfax