Azərbaycan koronavirus peyvəndinin gətirilməsi üçün şirkətlərlə müzakirə aparır

Azərbaycan koronavirus peyvəndinin gətirilməsi üçün şirkətlərlə müzakirə aparır

Azərbaycan Prezidenti İlham Əliyev bildirib

“Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır.”

Rasthaber xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dərs ilinin başlanması və Bilik Günü münasibətilə çıxışında deyib.

Xəbəri paylaş

VİDEOLAR