Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) $100 min ayırıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən bu təşkilata $100 min həcmində yardım edilib”, - deyə məlumatda bildirilir.
İƏT-in sözügedən idarəsinin Regional ofisə çevrilməsi ilə əlaqədar qərar 2019-cu ilin mart ayında qəbul olunub.