Azərbaycan İrana başsağlığı verib

Azərbaycan İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

“Az.rasthaber.com” xəbər verir ki, bu barədə XİN-in “X” (tviter) hesabında paylaşım edilib.

“İranın Şiraz şəhərində günahsız insanların ölümünə səbəb olan terror aktını qınayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir. Bu hücumda həlak olan şəxslərin ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”, – deyə paylaşımda qeyd olunub.

Xəbəri paylaş

VİDEOLAR