Azərbaycan İran ticarət dövriyyəsi 25 faiz artıb

Azərbaycan İran ticarət dövriyyəsi 25 faiz artıb

Pandemiya şəraitinə rəğmən İran İslam Respublikası ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 256,011 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,4% çoxdur.  

Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 19,236 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 14,6% azdır. İdxal isə 236,775 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 30,3% artıqdır.

Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 217,539 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 36,7% çoxdur.

Xəbəri paylaş

VİDEOLAR