Azərbaycan HHQ-nin helikopter bölmələri uçuş məşqləri keçirir - VİDEO, FOTO

Azərbaycan HHQ-nin helikopter bölmələri uçuş məşqləri keçirir - VİDEO, FOTO

Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Rasthaber Azərbaycan Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir.
Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir.
Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Xəbəri paylaş

VİDEOLAR