Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyirik - Gürcüstan

Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyirik - Gürcüstan

“Gürcüstan ümid edir ki, Azərbaycan və Ermənistan arasında atəşkəs barədə əldə olunmuş razılıq münaqişənin tam həllinə imkan verəcək”.

Rasthaber “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Sənəddə Gürcüstanın tərəflər arasında dialoqu dəstəklədiyi qeyd olunub: “Eyni zamanda beynəlxalq ictimaiyyətlə birgə sülh prosesinin həyata keçirilməsinə dəstək olmağa hazırlığımızı ifadə edirik. Əminik ki, beynəlxalq ictimaiyyətin fəal səyləri və çoxtərəfli beynəlxalq mexanizmlərin tətbiqi bütövlükdə bölgə üçün yeni imkanlar açacaq, dayanıqlı sülhün bərqərar olmasına gətirib çıxaracaq”.

Xəbəri paylaş

VİDEOLAR