Azərbaycan Dəmir Yollarında Pilotsuz Taksi xidməti

Azərbaycan Dəmir Yollarında Pilotsuz Taksi xidməti

"Azərbaycanın dəmir yollarında yeni pilotsuz taksi xidməti fəaliyyət göstərəcək".

"Azərbaycanın dəmir yollarında yeni pilotsuz taksi xidməti fəaliyyət göstərəcək".

Rasthaber Azərbaycan xəbər verir ki,  bunu jurnalistlərin suallarını cavablandıran Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açıqlayıb.

Mehdiyev qeyd edir ki,  bu xidmət pilot olaraq 2020-ci ilin sonunadək istifadəyə verilə bilər.

 "Dəmir yolu şəbəkəsi ilə sərnişin və yükdaşımalar müəyyən interval əsasında həyata keçirilir. Məlum intervalda olan sərbəst vaxtda insanlar pilotsuz dəmir yolu taksisi sifariş etməklə, misal olaraq, Şəkiyə və əks tərəfə hərəkət edə biləcəklər. Bu cür  layihə Yaponiyada tətbiq olunmaqdadır. Ölkəmizdə dəmir yolunun səmərəli istifadə etmək həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn turistlər üçün sərnişindaşıma xidmətini yaratmaq hədəflənib.", - deyə Ülvi Mehdiyev əlavə edib.
 Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri sonda qeyd edib ki, bütün sınaqlardan aparıldıqdan sonra 2020-ci ilin son aylarında ilk prototip hazırlanmaqla pilot olaraq istifadə olunacaq.

Xəbəri paylaş

VİDEOLAR