Azərbaycan DİN əhaliyə çağırış edib

Azərbaycan DİN əhaliyə çağırış edib

Azərbaycan DİN əhaliyə çağırış edib.

Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib, yardım göstərilməsi üçün pul tələb edilir.

Az.rasthaber.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.

Xəbəri paylaş

VİDEOLAR