Ötən il Fransadan Azərbaycana ətir və tualet suyu idxalı 2018-ci illə müqayisədə azalıb
2019-cu ildə Azərbaycana ətir və tualet suyu idxalı 2018-ci illə müqayisədə miqdar ifadəsində 21,5%, dəyər ifadəsində 6,4% azalıb.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 636,91 ton, dəyəri $18 milyon 849,54 min təşkil edib”, - deyə məlumatda bildirilir.
Sözügedən məhsulu Azərbaycana tədarük edən ölkələr arasında Fransa liderlik edir: 2019-cu ildə bu ölkədən $7 milyon 99,47 min dəyərində 95,93 ton (miqdar ifadəsində artım 5,9%, dəyər ifadəsində azalma 4,5%) ətir və tualet suyu idxal edilib.
İri tədarükçülər sırasına Çin ($1 milyon 681,94 min dəyərində 811,44 ton), İspaniya ($1 milyon 574,69 min dəyərində 42,8 ton), İtaliya ($1 milyon 786,29 min dəyərində 29,34 ton) və Türkiyə ($1 milyon 904,19 min dəyərində 215,37 ton) də daxildir.