Bazar ertəsi, iyunun 12-də Almaniyada NATO-nun genişmiqyaslı hava qüvvələrinin Air Defender 2023 təlimi başlayacaq.
Az.Rasthaber.com xəbər verir ki, bu barədə Bundesverin mətbuat xidməti məlumat yayıb.
İyunun 23-dək davam edəcək NATO təlimlərində 25 ölkədən 10 min hərbçi, 250 təyyarə iştirak edir.
Manevrlərə həmçinin Amerikanın beşinci nəsil çoxməqsədli F-35 qırıcılarının da qatılacağı bildirilir.
Daha əvvəl bildirilmişdi ki, NATO tarixindəki ən böyük hərbi hava qüvvələri təlimləri ilə əlaqədar Almaniyanın hava məkanı qismən bağlanacaq.