11.06.2020 15:48:36
Bu haqda AZAL-ın məlumatında bildirilir
Bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) Nyu-Yorkdan 217 Azərbaycan vətəndaşını çarter reysi ilə Bakıya gətirib.
“İyunun 11-də Nyu-Yorkdan Bakıya həyata keçirilmiş çarter reysi ilə 217 Azərbaycan vətəndaşı gətirilib”, - deyə AZAL-ın məlumatında bildirilir.
Müəyyən edilmiş prosedura əsasən sərnişinlər karantinə yerləşdiriliblər.