İşğaldan azad olunmuş ərazilərdə müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
"Həyata keçirilən tədbirlərlə 27 iyul-2 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 60 avtomat silahı, 3 pulemyot, 21 tapança, 29 tüfəng, 125 qumbara, 1 qumbaraatan, 63 alışdırıcı, 48 mərmi, 91 süngü-bıçaq, 71 rabitə vasitəsi, 34 dron bombacığı, 190 partlayıcı, 9 trotil, 17 şaşka, 34 detonator, 27 gecəgörmə cihazı, 2 dron, 2 mina, 2 partlayıcı maddə, 2 kiloqram partlayıcı, 126 kiloqram barıt, 11 fişəng, 1 stasionar radiostansiya, 3 “MUV” partladıcısı, 1 səsgücləndirici, 1 səsboğucu, 1 müşahidə kamerası, 611 patron darağı, 75532 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 2 ədəd qumbara, Şuşa rayonu ərazisindən 1 avtomat silahı, 7 ədəd qumbara, Xocavənd rayonu ərazisindən 6 avtomat silahı, 3 tüfəng, 36 qumbara, 6 pulemyot, 1 gecəgörmə cihazı, 1 nişangah, 5 süngü-bıçaq, 12 “UZRQM”, 25 patron darağı və 1175 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb"- deyə məlumatda qeyd edilib.