İbadətin cisminin tək faydası yoxdur...
“İbadəti tanımaq lazımdır. İbadətin də cismi və ruhu vardır. İbadətin cisminin tək faydası yoxdur. İnsan namazda nə dediyini bilməzsə, namazı qəflət içində qılarsa bu namazın faydası olmaz. Ərəbcə bilməyənlər Allahı xatırlayaraq onunla danışdığını hiss etsələr də kifayətdir, lakin çalışın namazın sözlərinin mənasını biləsiniz. Bu çox asan işdir. Namaz insanı Allaha yaxınlaşdıran vasitədir. Belə anlaşılmamalıdır ki, bunu etməyənlər namazı tərk etməlidirlər. Yox, namaz vacib bir əməldir və namazı tərk edən Allahla əlaqə fürsətini əldən vermiş olur. Təbliğatçılar namazın tərcüməsi ilə bağlı milyonlarla iş görməli və insanlara paylaşmalıdırlar. Namazın sözlərinin mənasını anlamaq üçün şərait yaratmaq lazımdır.”