Ayətullah Əli Haşiminin yüngül formada koronavirus olduğu aşkarlanıb.
Rasthaber Azərbaycan eastnews-a verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Təbriz şəhərindəki xüsusi nümayəndəsi və imam cümə doktor Əli Haşim koronavirus xəstəliyinə yoluxub.
Ayətullah Əli Haşimin koronavirus testinin mənfi çıxmasına baxmayaraq, qanında müşahidə edilən dəyişikliklər səbəbiylə KT müayinəsi edilib və yüngül formada koronavirus olduğu aşkarlanıb.
Təbriz Tibb Elmləri Universitetinin prezidenti Məhəmməd Hüseyn Sumi bildirib ki, doktor Ali Haşim, təxminən 10 gün əvvəl ümumi halsızlıq hiss edib: "Yüngül və orta dərəcədə xəstəlikləri olan insanlara verdiyimiz məsləhətə əsasən, şəhərimizin sevimli imam cüməsinə evdə izolasiya olunmağı və ev şəraitində tibbi göstərişlərə əməl etməyi məsləhət gördük. Hazırda onun vəziyyəti yaxşıdır".