Ayətullah Xameneinin ofisindən Fitr Bayramı açıqlaması

Ayətullah Xameneinin ofisindən Fitr Bayramı açıqlaması

Rasthaber Azərbaycan xəbər verir ki, Böyük mərcə Ayətullah Xameneinin ofisi yayımladığı bəyanatda bildirib ki, bazar ertəsi 31 mart hicri-qəməri 1446-cı ilin Şəvval ayının ilk günü və Müqəddəs Fitr bayramıdır.

Bəyanatın mətni belədir:

Bismillahir-Rahmənir-Rahim

“Ramazan ayının mübarək günlərində möminlərin ibadətlərinin qəbul olunmasını arzulayaraq bildiririk ki, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən peşəkar və etibarlı rəsədxana qruplarının hesabatlarına əsasən, Şəvval ayının hilalı bazar günü, 30 martda,  hicri-qəməri 1446-cı ilin Ramazan ayının 29-u günü axşamı üçün sübuta yetmişdir. Buna görə də bazar ertəsi, 31 mart Şəvval ayının ilk günü və Müqəddəs Fitr bayramıdır.”

Mənbə

Xəbəri paylaş

VİDEOLAR